Tayvanın ən zəngin adamı prezidentlik iddiasına düşüb

28-08-2023, 14:44           
Tayvanın ən zəngin adamı prezidentlik iddiasına düşüb
Tayvanın ən zəngin sakinlərindən biri, Foxconn-un qurucusu Terri Qou 2024-cü il seçkilərində prezidentliyə yeni namizəd olacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

“Son yeddi il ərzində mən Tayvanın iqtisadiyyatdan və milli müdafiədən tutmuş beynəlxalq əlaqələrə qədər bir çox məsələlərdə firavan bir ölkə olmaqdan uçuruma getdiyini gördüm. İndi geri çəkilsək, Tayvanı yıxılmaqdan xilas etmək çox gec olacaq. Biz Demokratik Tərəqqi Partiyasını devirtməliyik”.

Bildirilir ki, Terri Qou daha çox Apple Inc kimi texnologiya nəhənglərinin smartfonlarını yığan Foxconn və Sony Group Corp şirkətlərinin qurucusu kimi tanınır. Onun iPhone City kimi tanınan ən böyük obyekti Çindədir. İş adamı materik Çinlə münasibətlərin istiləşməsi prosesində iştirak etməyi zəruri hesab etsə də, Pekinlə əlaqələrini rədd edir.

Qeyd edək ki, bundan əvvəl 2024-cü il prezident seçkilərində namizədliyini irəli sürən Tayvanın hazırkı vitse-prezidenti Lai Çinq-de tranzit olaraq ABŞ-a səfər etmişdi.

Hazırda o, seçki yarışının mütləq favoritidir və 30 faizdən çox səs toplayır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.