“Əgər məhkəməni udsalar, hər bir eməni maaşının yarısını Azərbaycana ödəməli olacaq” - Mesrop Manukyan

28-08-2023, 15:53           
“Əgər məhkəməni udsalar, hər bir eməni maaşının yarısını Azərbaycana ödəməli olacaq” - Mesrop Manukyan
“Azərbaycan müxtəlif beynəlxalq məhkəmələrdə Ermənistana qarşı iddialar qaldırıb. Həmin iddialardan ən birincisi isə Ermənistanın Qarabağın işğalına görə, Azərbaycana zərər vurması ilə bağlıdır”. DTEREF.AZ JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, bu sözləri İrəvan bələdiyyəsi seçkilərində “Ana Ermənistan” blokunun namizədlərindən biri Mesrop Manukyan deyib.

O bildirib ki, Bakının qaldırdığı iddada dəymiş zərər 130 milyard dollar göstərilib. “Azərbaycan iddia edir ki, Ermənistan ona 130 milyard dollar ziyan vurub. Elə məhkəmədə qaldırdığı iddialarda da bu qədər təzminat tələb edir. Həmin məhkəmələrin bu iddianı qəbul etməsi və Ermənistan əleyhinə qərar çıxarması mümkündür. Çünki Azərbaycanın hazırkı mövqeyi çox güclüdür və onlar məhkəmədə öz xeyirlərinə qərar çıxara bilərlər”.

Manukyan daha sonra qeyd edib ki, belə bir təzminat Ermənistan üçün fəlakətə bərabərdir. “Bilirsiz bu nə deməkdir? Hətta Paşinyan hakimiyyətdən getsə belə, ermənilər həmin pulu ödəmək məcburiyyətində qalacaqlar. Yəni, bu o deməkdir ki, hər bir erməni aldığı əmək haqqının yarısını Azərbaycana ödəməli olacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru