Azərbaycan erməni idmançıları azad edəcək – KİV

28-08-2023, 16:05           
Azərbaycan erməni idmançıları azad edəcək – KİV
2021-ci ildə Azərbaycan Bayrağını təhqir edən 3 erməni futbolçuya humanizm prinsiplərindən yanaşılacağı haqda məlumat yayılıb.

Axar.az xəbər verir ki, Teleqram kanalları onların səmimi etirafları və peşmanlıqları olacağı təqdirdə Azərbaycan dövlətinin onların gəncliyini, təsir altında olmalarını nəzaərə alaraq, inzibati məsuliyyətə cəlb ediləcəkləri haqda məlumat yayıb.

İddialara görə, onlar 10 sutka inzibati həbs ala bilərlər.

Qeyd edək ki, “Martuni Avo” komandasının üzvləri 2021-ci ildə Azərbaycan bayrağını təhqir etmişdilər. Bununla bağlı Baş Prokurorluq tərəfindən CM-nin 283.2.3 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddələri ilə cinayət işi açılmışdı.

Komanda üzvlərindən 3 nəfər bu gün “Laçın” postunda saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru