İran Xəzər dənizi ilə Rusiyaya silah daşıyır

29-08-2023, 11:04           
İran Xəzər dənizi ilə Rusiyaya silah daşıyır
Rusiya İrandan silah daşımaq üçün aşağı profilli gəmiçilik və logistika şirkətlərindən istifadə etməklə Qərbin sanksiyalarından yayınır.

Bu barədə "The Wall Street Journal" nəşri yazıb.

Kəşfiyyat və digər mənbələrə əsaslanan məlumata görə, Rusiya bayrağı altında üzən beş gəmi – “Baltik 111”, “Omskiy 103”, “Skif V”, “Musa Cəlil” və “Beqey” Xəzər dənizi vasitəsilə İran limanlarına 73 səfər edib.

Bu gəmilərin heç biri Rusiyaya silah və digər hərbi ləvazimatların daşınmasına məhdudiyyətlər qoyulan onlarla ticarət gəmisi və gəmiçilik şirkətinin sanksiya siyahısında yer almayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru