ABŞ prezidentliyinə namizəddən Rusiya ilə bağlı “maraqlı” vədlər

29-08-2023, 13:13           
ABŞ prezidentliyinə namizəddən Rusiya ilə bağlı “maraqlı” vədlər
ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd, biznesmen Vivek Ramasvami seçkidə qalib gələrsə, Rusiyanın ilhaq etdiyi ərazilər üzərində nəzarətini qəbul edəcəyinə, sanksiyaları qaldıracağına və Ukraynanın NATO-ya namizədliyinin qarşısını alacağına vəd verib.

Bu barədə Vivek Ramasvami “American Conservative” jurnalındakı köşə yazısında bildirib.

Bunun müqabilində o, Rusiyanın Çinlə hərbi ittifaqdan çıxmasını gözlədiyini qeyd edib.

“Rusiyanın işğal olunmuş ərazilər üzərində nəzarətini qəbul edəcəyəm və Rusiyanın Çinlə hərbi ittifaqdan çıxması müqabilində Ukraynanın NATO-ya namizədliyini əngəlləyəcəyimə söz verirəm”, - deyə o yazıb. Ramasvami həmçinin əlavə edib ki, sanksiyalara son qoyacaq və Rusiyanı dünya bazarına qaytaracaq.

Onun sözlərinə görə, effektiv razılaşma bütün tərəflərin bundan müəyyən fayda əldə etməsini nəzərdə tutur.
Ramasvami hesab edir ki, Ukraynada münaqişə nə qədər uzansa, bir o qədər də “vahid qalib” – Çin daha aydın özünü göstərir.

Bundan əlavə, o, seçkilərdə qalib gələcəyi təqdirdə İlon Maskı öz administrasiyasında müşavir təyin etmək istədiyini nəzərə çatdırıb.

Mənbə: Gazeta.ru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.