“Rusiyanın mürəkkəb müdafiə əməliyyatlarını davam etdirmək qabiliyyəti zəifləyəcək” - ABŞ institutu

29-08-2023, 12:28           
“Rusiyanın mürəkkəb müdafiə əməliyyatlarını davam etdirmək qabiliyyəti zəifləyəcək” - ABŞ institutu
“Rusiyanın mürəkkəb müdafiə əməliyyatlarını davam etdirmək qabiliyyəti zəifləyəcək”.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitundan bildirilib.

Qeyd olunub ki, Rusiya hazırda nisbətən elit hesab olunan piyada qoşunlarına arxalanır: “Amma Rusiya qüvvələri getdikcə deqradasiyaya uğrayır. Bu, Rusiyanın elit bölmələri ilə bağlı planlarını da pozur”.

Amerikalı analitiklər xatırladıblar ki, Ukrayna ordusu avqustun 28-də Zaporojye vilayətindəki Robotin kəndini işğaldan azad edib: “Ukrayna müdafiə nazirinin müavini Anna Malyarın sözlərinə, ölkənin cənubu Silahlı Qüvvələrin əsas hücum istiqamətidir. Rusiya hərbi komandanlığı Ukraynanın əks-hücumlarının qarşısını almaq məqsədilə elit hava-desant bölmələrindən istifadə edir.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna ordusu bu ilin iyulundan cəbhədə əks-hücum əməliyyatları həyata keçirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru