"Minlərlə insan soyuqdan ölür" - Simonyan Böyük Britaniyadakı vəziyyətdən danışdı

30-08-2023, 00:13           
"Minlərlə insan soyuqdan ölür" -
Rusiyanın tanınmış təbliğatçısı Marqarita Simonyan “Rossiya 1” telekanalının efirində qışda insanların soyuqdan öldüyü İngiltərədəki “dəhşətli həyatdan” danışıb.

Sfera.az bildirir ki, Simonyanın sözlərinə görə, Böyük Britaniya sakinləri qiymətlərin baha olması səbəbindən istiliyi ödəyə bilmirlər və buna görə də evlərində donaraq ölürlər.

"Böyük Britaniyada yenə təzə statistika - minlərlə insan öz evlərində soyuqdan ölüb. Küçələrdə donub qalan evsizlər deyil. Onlar öz evlərində ölüblər"- deyə təbliğatçı bildirib.

Bundan əlavə, o, Böyük Britaniya sakinlərinin narazı olduğu iddia edilən digər xidmətləri də qeyd edib. O, tibb müəssisələrinin işindən danışıb.
"Orta hesabla mama-ginekoloqun gözləmə siyahısı bilirsinizmi? 31 gündür. Bu müddət ərzində uşaq az qala məktəbə gedəcək"- rus qadın fəxrlə qeyd edib.

Təbliğatçının sözlərinə görə, Böyük Britaniyada yoxsulluq səviyyəsi yüksəkdir, ona görə də insanlar guya aclıqdan ölür.

“Son məlumatlara görə, Britaniyada 11,5 milyon insan aclıq çəkir, yəni onların yemək yeməyə kifayət qədər pulu yoxdur”- deyə Simonyan bildirib.

Xatırladaq ki, avqustun 27-də “Rossiya Seqodnya” media qrupunun və RT telekanalının baş redaktoru Marqarita Simonyan ikinci dəfədir ki, evinin yaxınlığında pilotsuz təyyarənin düşdüyünü bildirib. O, hücumu “terrorçular” təşkil etdiyini iddia edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.