Verdyan: “Qarabağda tezliklə yaxşılığa doğru hər şey bitəcək”

30-08-2023, 08:26           
Verdyan: “Qarabağda tezliklə yaxşılığa doğru hər şey bitəcək”
“Qarabağ ermənilərinə səlahiyyətlilər tərəfindən hər zaman bir məqsəd üçün – Qarabağ erməniləriylə heç bir əlaqəsi olmayan bir gündəm naminə siyasi manipulyasiyalar üçün ehtiyac duyulub. Və onlar daima itirənlərin rolunda olublar: həyatını itirən, sağlamlığını itirən, ləyaqətini itirən, qohumlarını itirən, evini itirən, bir sözlə, hər şeyini itirənlər rolunda”.

Teref.Az xəbər verir ki, bu sözləri özünün teleqram kanalında İşxan Verdyan bildirib.

O, daha sonra yazıb: “Və eyni proses bu gün də davam edir. Bütün bunlar isə yalnız Qarabağda real konstitusiya hakimiyyəti hökm sürəndə dayanacaq. Qarabağda insan əzabının sonu yaxındır, tezliklə hər şey bitəcək. Yaxşı bitəcək. Ermənilər buna inanmırlar, amma mən buna əminəm”. \\KONKRET.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.