“Rusiyanın Qarabağla bağlı bir mövqeyi var” - Mariya Zaxarova

5-07-2016, 11:25           

“Rusiyanın Dağlıq Qarabağ münaqişəsi məsələsində bir mövqeyi var - Dağlıq Qarabağ münaqişəsini tezliklə həll etmək”.

teref.az-nun Trend-ə istinadən verdiyi məlumata görə, bunu Yerevanda Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Biz böyük səyləri göstəririk ki, münaqişənin nizamlanmasında real irəliləyişə nail olaq", - deyə Mariya Zaxarova bildirib.

Prezidentlərin növbəti görüşü barədə suala cavab verən XİN-in rəsmisi bildirib ki, münaqişə tərəfləri özləri bu məlumatı təqdim etməlidirlər.

"Mən deyə bilərəm ki, Rusiya tərəfinin mövqeyi bir məqsədə yönəlib - tezliklə bu münaqişəni sülh yolu ilə həll etmək. Və biz bunun üçün əlimizdən gələni edirik", - deyə Mariya Zaxarova bildirib.

Rusiyanın Sankt-Peterburq görüşünü keçirməklə münaqişənin nizamlanmasını öz əlinə almaq istədiyi barədə fikirlə Zaxarova razılaşmadı: "Bütün həmsədrlərə görüş barədə lazımınca məlumat verilmişdir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru