Putin-Ərdoğan danışıqlarından sonra Rusiya və Türkiyə arasında sazişlər imzalana bilər

30-08-2023, 14:25           
Putin-Ərdoğan danışıqlarından sonra Rusiya və Türkiyə arasında sazişlər imzalana bilər
Putin-Ərdoğan danışıqlarından sonra Rusiya və Türkiyə arasında sazişlər imzalana bilər
Rusiya və Türkiyə iki ölkə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında Soçidə planlaşdırılan danışıqlardan sonra bir neçə saziş imzalaya bilər.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə TASS-a Ankaradakı mənbə məlumat verib.

"Ehtimal var ki, Türkiyə və Rusiya liderlər arasında aparılan danışıqlardan sonra Soçidə bir sıra sazişlər imzalaya bilər. Sözsüz ki, bu, iki ölkə arasında münasibətlərin inkişafına yeni təkan verə bilər. Lakin hər şey ikitərəfli danışıqların nəticələrindən asılı olacaq”, - deyə mənbə bildirib.

Qeyd edək ki, daha əvvəl Türkiyədəki diplomatik mənbə TASS-a Putinlə Ərdoğan arasında görüşün sentyabrın 4-ü Soçidə planlaşdırıldığını bildirmişdi. “Habertürk” telekanalı da bu tarixi Ərdoğanın Soçi səfəri üçün ehtimal olunan tarix kimi qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru