Araiklə gizli görüş keçirən “səkkizlik” separatçı rejimin gələcəyi haqda hansı razılığa gəldi?..

30-08-2023, 16:15           
Araiklə gizli görüş keçirən “səkkizlik” separatçı rejimin gələcəyi haqda hansı razılığa gəldi?..
Dünən – avqustun 29-da Xankəndindəki qanunsuz “qanunverici orqan”ın növbədənkənar “sessiyası” zamanı separatçı-terrorçu rejimin keçmiş “prezidenti” Arkadi Qukasyan və qondarma “təhlükəsizlik şurası”nın keçmiş katibi və sabiq “müdafiə naziri” Samvel Babayan arasında qarşıdurma baş verib .

TEREF.AZ moderator.az-a istinadla xəbər verir ki, “Hraparak” qəzetinin yazdığına görə, onların ziddiyyətləri uzun tarixə malikdir: :2000-ci ildə Qukasyana qarşı sui-qəsd baş verib, onun təşkilatçısı Samvel Babayan olub. O, 14 il müddətinə azadlıqdan məhrum edilib , lakin 4 ildən sonra Robert Köçəryanın vasitəçiliyi ilə Arkadi Qukasyan onu əfv edib.

“Amma onlar əbədi düşmən olublar. Dünənki sessiyada , Artsaxdakı vəziyyətin müzakirə edildiyi və iştirakçılar öz fikirlərini bildirəndə , Qukasyan fürsəti əldən verməyib və “ bəzilərini ” düzgünlüyə çağırdı , onları bu vəziyyətdə siyasi dividendlər əldə etmək üçün çirkin cəhdlər etməməyə çağırdı . O, Samvel Babayanın son bəyanatına istinad edərək Araik Arutyunyandan həmin bəyanatlara , xüsusən də “zirzəmi razılaşmaları ” na dair açıqlama verməsini tələb edib .

Arutyunyan Babayanın öz son bəyanatlarında “zirzəmi razılaşmaları” haqda dediklərini tamamilə təkzib etməli olub , sonuncu isə bir kəlmə belə danışmayıb.

Xatırladılır ki, Babayan “səkkizliyi ” Arutyunyanla razılığa gəlməkdə, yeni növbəti “prezident” və “hökumət”in tərkibini müəyyənləşdirməkdə ittiham edib. Həmin 8 nəfər arasında təxminən iki həftə əvvəl Arayik Arutyunyanla görüşən və istefa vermək niyyətini müzakirə edən keçmiş “president”lər Bako Saakyan və Arkadi Qukasyan da var .












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru