Putin haqqında söylədiyi sözlərə görə üzr istəyən köməkçilərinə qəzəblənib - Bayden

31-08-2023, 15:04           
Putin haqqında söylədiyi sözlərə görə üzr istəyən köməkçilərinə qəzəblənib - Bayden
Franklin Foyerin "Sonuncu siyasətçi: Co Baydenin Ağ Evində və Amerikanın gələcəyi üçün mübarizə" adlı kitabında iddia edilir ki, ABŞ prezidenti onun Rusiya prezidenti Vladimir Putinlə bağlı gözlənilməz bəyanatını inkar etmək cəhdlərinə görə köməkçilərinə qəzəblənib.

Publika.az xəbər verir ki, 2022-ci ilin martında Varşavada etdiyi çıxışda Bayden deyib ki, Putin “hakimiyyətdə qala bilməz”. Lakin onun komandası bunun sadəcə bir improvizasiya olduğunu və ABŞ-ın rəsmi siyasətini əks etdirmədiyi ilə bağlı dərhal açıqlama verib.

Foyer yazır ki, Bayden səhv etdiyini bilib, lakin köməkçilərinin “onun səhvini düzəltməyə” cəhd göstərdikləri üçün əsəbləşib. O, dostlarına da şikayət edib ki, koordinatorlar onunla uşaq kimi davranıblar.

“Bu mübahisəli bəyanat Baydenin Varşavadakı çıxışının bütün digər hissələrini alt-üst edib. Prezident ümid edirdi ki, çıxışı ona şərəf və hörmət qazandıracaq. Lakin mətbuat onun ritorikasına heyran olmadı, onu özünü idarə etməyən lovğa kimi qələmə verdi”, - kitab müəllifi qeyd edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru