Rusiya Aİİ-nin vahid xidmətlər bazarı üçün bu qanunda dəyişikliyə hazırlaşır

1-09-2023, 12:03           
Rusiya Aİİ-nin vahid xidmətlər bazarı üçün bu qanunda dəyişikliyə hazırlaşır
Qanun layihəsi Rusiya Federasiyasının Aİİ daxilində vahid xidmətlər bazarının yaradılması və fəaliyyəti üzrə beynəlxalq öhdəliklərinin yerinə yetirilməsi çərçivəsində hazırlanıb.
Rusiya İqtisadi İnkişaf Nazirliyi Aİİ çərçivəsində vahid xidmətlər bazarının yaradılması və fəaliyyət göstərməsi məqsədilə "Qiymətləndirmə fəaliyyəti haqqında" qanuna dəyişiklik edilməsi haqqında qanun layihəsi hazırlayıb.
Nazirlikdən bildirilib ki, 2025-ci il yanvarın 1-dən mülkiyyətin qiymətləndirilməsi xidmətləri üzrə vahid bazarın fəaliyyətə başlayacağı güman edilir. Bu, Aİİ ölkələrinin ərazisində obyektlərin investisiya cəlbediciliyini artırmağa kömək edəcək.
Qanun layihəsi Rusiya Federasiyasının Aİİ daxilində vahid xidmətlər bazarının yaradılması və fəaliyyəti üzrə beynəlxalq öhdəliklərinin yerinə yetirilməsi çərçivəsində hazırlanıb. İqtisadi İnkişaf Nazirliyindən bildirilib ki, bu cür xidmətlərin siyahısına mülkiyyətin qiymətləndirilməsi xidmətləri də daxildir. Qanun layihəsi hazırda ictimai müzakirədədir.
"Mülkiyyətin qiymətləndirilməsi xidmətləri üçün vahid bazarın fəaliyyətə başlaması 2025-ci il yanvarın 1-dən Aİİ-nin üzvü olan dövlətlərin qanunvericiliyində qiymətləndirmənin həyata keçirilməsi şərtlərinə ümumi yanaşmalara uyğun dəyişikliklərin edilməsindən sonra baş tutuacağı gözlənilir", - İqtisadi İnkişaf Nazirliyi qeyd edib.
Güman edilir ki, qiymətləndirmə bazarda sərbəst işlərin dəyərini daha yaxşı müəyyənləşdirməyə və bununla da onların cəlbediciliyini artırmağa imkan verəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.