Zod-Əylicə istiqaməti hədəf olmalıdır ...

1-09-2023, 16:33           
Zod-Əylicə istiqaməti hədəf olmalıdır ...
İki istiqamət Azərbaycana tərəfinə problem yaradır. Onlardan biri Xəlfəli yolu, digəri isə Zod istiqamətidir. Zod istiqamətində Ermənistan tərəfi cəmləşmə edirdi. Həm şəxsi heyət, həm də artileriya qurğuları yığırdı.
Əslində Ermənistan ordusunun həmin istiqamətdəki hərəkətliliyi bu gün olanların əvvəlcədən mesajı idi. Hər halda durduq yerə demirdim ki, Zod-Əylicə istiqaməti hədəf olmalıdır və o mövqelər götürülməlidir.
Yenə bizimkilər başlayıb İran doronlarından dəm vurmağa. Hörmətli politoloqlar, şərhçilər və şəhərimizin qonaqları, o dronlar İranın deyil, İran istehsalıdır. İran istehsal edib, verib, satıb, hər nə edib, özü bilər, əsas odur ki, o dronlar Ermənistan ordusunun arsenalındadır və hücumu həyata keçirən də Ermənistandır.
Azərbaycan ordusunda yaralılar var, bir neçə yerdə yüksək say gördüm, bu yalandır. Yaralı sayı azdır. Ermənistan tərəfinin itkilərinə gəldikdə isə mövqe döyüşlərinin getdiyini nəzərə alsaq, çoxdur.
Səxavət Məmməd
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru