İrəvan Putinin həbsinə imkan verən sənədi qəbul edəcək?

1-09-2023, 18:24           
İrəvan Putinin həbsinə imkan verən sənədi qəbul edəcək?
Ermənistan hökuməti bu gün Roma Əsasnaməsini (Statutu) ratifikasiya üçün Milli Məclisə təqdim edib.

Yenisabah.az xəbər verir ki, sənəddə Rusiya prezidentinin mümkün həbsi ilə bağlı bəndin və ya hər hansı bəndin olub-olmadığı aydın deyil. Çünki layihə hələ ki parlamentin saytında dərc edilməyib.

Bu ilin martında Ermənistan Konstitusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ölkə Konstitusiyasına uyğun olması barədə qərar qəbul edib.

Bundan bir həftə əvvəl Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putinin həbsinə order vermişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru