Obama və Putin Dağlıq Qarabağı müzakirə etdi

7-07-2016, 09:15           

ABŞ prezidenti Barak Obama Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səylərinə yüksək qiymət verib.

Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Barak Obama Rusiya lideri Vladimir Putinlə telefon danışığı zamanı bildirib.

V. Putin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi rəhbəri kimi Barak Obamanı iyunun 20-də Sankt-Peterburqda Azərbaycan və Ermənistan Prezidentləri İlham Əliyev və Serj Sarkisyanla keçirdiyi üçtərəfli görüşün yekunları barədə məlumlandırıb.

Məlumatda deyilir: "V.Putin danışıqların təşkili zamanı Rusiyanın münaqişə zonasında vəziyyətin tezliklə sabitləşməsinə yardım və sülh prosesinin irəliləməsi üçün şəraitin yaradılması zərurətindən çıxış etdiyini qeyd edib. Barak Obama Rusiyanın səylərini yüksək qiymətləndirib".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.