“Düşmənə “fakt” vermək olmaz”– millət vəkilindən mediaya müraciət

7-07-2016, 22:31           
“Düşmənə “fakt” vermək olmaz”– millət vəkilindən mediaya müraciət
“Erməni siyasətçi və ekspertlərinin davamlı olaraq Azərbaycanın yaxın zamanlarda Qarabağda döyüşlərə başlayacağından danışmaları, bu haqda proqnozla vermələri informasiya təxribatıdır”.
Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev jurnalist həmkarlarına müraciətində deyib. Onun sözlərinə görə, Məqsəd Azərbaycan mediasında da bu haqda yazıların getməsi, bununla da qərbdəki havadarlarının “fakt” əldə etməsidir. “Belədə onlar bu qəbildən olan “fakt”lara dayanaraq cəbhə xəttində atəşkəsin araşdırlması mexanizminin tətbiqi məsələsini daha yüksək səslə dilə gətirəcəklər. Əziz həmkarlar, düşmənə “fakt” vermək olmaz”-deyə, o, sözlərinə əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru