ABŞ Navalnını Qərbdə həbsdə olan rusiyalılarla dəyişə bilər

11-09-2023, 09:24           
ABŞ Navalnını Qərbdə həbsdə olan rusiyalılarla dəyişə bilər
ABŞ Rusiyada həbsdə olan müxalifət lideri Aleksey Navalnını Qərbdə həbsdə olan rusiyalılarla dəyişə bilər.

Qeyd olunub ki, Rusiya ilə Qərb arasında çoxtərəfli məhbus mübadiləsi çərçivəsində digər rusiyalı müxalifətçilər, həmçinin “WSJ”in jurnalisti Evan Qerşkoviç azad oluna bilər. Mübadilə nəticəsində vətənə qayıda biləcək rusiyalılar arasında Almaniyada ömürlük həbs cəzası çəkən Vadim Krasikov da var.

2020-ci ilin avqustunda Navalnının uçduğu təyyarə təcili olaraq Omska eniş edib və siyasətçi oradan xəstəxanaya aparılıb. Həkimlər əsas diaqnozun metabolik pozğunluq olduğunu bildiriblər. Daha sonra Navalnı Almaniyaya aparılıb, alman həkimləri onun “Noviçok” qrupunun maddələrindən zəhərləndiyini bəyan ediblər.

Xatırladaq ki, Aleksey Navalnı “dələduzluq və məhkəməyə hörmətsizlik” ittihamı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.