İrəvanda “vaqner”çi axtarışına başlandı... - Müxalif lider təhlükəsizlik xidmətinə çağırıldı...

11-09-2023, 19:39           
 İrəvanda “vaqner”çi axtarışına başlandı... -
Sentyabrın 11-də Paşinyan hakmiyyətinə müxalif “Milli-Demokratik Qütb” Şurasının üzvü Jirayr Sefilyan dindirilmək üçün şahid qismində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istintaq şöbəsinə çağırılıb.
TEREF.AZ Moderator.az-a istinadla xəbər verir ki, bu haqda “Haykakan jamanak” məlumat yayıb.

“Milli-Demokratik Qütb”ün mətbuat xidmətindən bildirilib ki, sorğu-sualın səbəbi J. Sefilyanın “vaqner”çilərin Ermənistanda olması və milli təhlükəsizliyə təhdid yaratması ilə bağlı söz-söhbətlərin yayıldığı barədə açıqlaması olub.

Xatırladaq ki, sentyabrın 4-də J.Sefilyan erməni mediasına belə bir açıqlama vermişdi:

“Vaqner”çilərin Ermənistana gəlməsi ilə bağlı xəbərlər var. Bu, etibarlı məlumatdır. Hətta onların harada yerləşdiyini də bilirik, onlara rəhbərlik edən şəxsin üç gün əvvəl “Ani” hotelində kiminlə görüşdüyü də bizə məlumdur. Bunlar tanınmış simalardır, amma indi adlarını çəkməyəcəyəm.”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru