Rusiyada hərbi oyunlar: ABŞ imtina etdi, Azərbaycan qatılır
8-07-2016, 00:30
Azərbaycan Rusiyada keçiriləcək bu ilki “Beynəlxalq hərbi oyunlar”a qatılacaq 19 ölkədən biridir. 17 ölkə isə bu oyunlarda iştirakdan imtina edib.
Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, oyunlarda Azərbaycanla yanaşı Ermənistan, Belarus və digər MDB respublikaları, habelə Venesuela, Misir, Zimbabve, Hindistan, İran, Çin və digər ölkələrin komandaları iştirak edəcək. ABŞ və bir çox qərb ölkələri, habelə Argentina, Braziliya, Yaponiya və digərləri oyunlara qatılmayacaq.
“Beynəlxalq hərbi oyunlar-2016” iyulun 30-dan avqustun 13-nə qədər keçiriləcək. Oyunlar çərçivəsində 23 müsabiqə olacaq, onlar Rusiyanın hərbi poliqonlarında baş tutacaq. Artilleriya bölmələrinin yarış isə Qazaxıstanda olacaq.