Milyarder Fridman: “İngiltərədə yaşadığım sakitlik və sabitlik hissini itirmişəm”

16-09-2023, 22:09           
Milyarder Fridman: “İngiltərədə yaşadığım sakitlik və sabitlik hissini itirmişəm”
Milyarder Mixail Fridman Britaniyanın “The Times” qəzetinə müsahibəsində İngiltərədə yaşadığı sakitlik və sabitlik hissini itirdiyini bildirib.
Tribunainfo.az xəbər verir ki, sahibkarın sözlərinə görə, bu, Milli Cinayət Agentliyi (NCA) tərəfindən onun Londondakı evində axtarış aparıldıqdan sonra baş verib.

Fridman qeyd edib ki, Böyük Britaniyada Rusiyadan olan bütün varlı mühacirlər cinayətkar sayılırlar: “Mən uzun illər Rusiyada yaşamışam, orada çoxlu böhranlar olub. Daxili gərginlik hissi məni orada heç vaxt tərk etmədi, həmişə vəziyyətin kəskin şəkildə dəyişə biləcəyinə hazır olmaq ehtiyacı var idi. Londonda yaşamağın mühüm üstünlüklərindən biri xoş sakitlik və sabitlik hissi idi. Təəssüf ki, indi bu hiss itib.
Fridman da ona qarşı tətbiq edilən sanksiyaları “siyasi alət” adlandırıb və problemin hətta məhkəmə yolu ilə də həllinin mümkün olacağı qənaətində olmadığını bildirib.
Qeyd edəkl ki, Britaniya səlahiyyətlilərinə görə, Fridmanın sərvəti 10,2 milyard dollardır.
Fridman 2022-ci ildə Avropa İttifaqı və Kanada, 2023-cü ildə isə ABŞ tərəfindən sanksiyaya məruz qalıb. “Alfa Group”un digər təsisçiləri ilə birlikdə sanksiya siyahısına daxil edildikdən sonra Fridman holdinqin direktorlar şurasından istefa verib və oradakı payını satmağı planlaşdırıb. Milyarder Londonda yaşayır. 15 sentyabr 2023-cü ildə NCA sanksiyalardan yayındığı üçün iş adamı ilə bağlı istintaqı başlayıb. Bu araşdırma çərçivəsində Fridmanın Londondakı evində 2022-ci ilin dekabrında axtarış aparılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.