Gürcüstanda radikal erməni qrupu azərbaycanlı jurnalistə qarşı qarayaxma kampaniyası başladıb, səfirlik reaksiya verib

17-09-2023, 16:08           
Gürcüstanda radikal erməni qrupu azərbaycanlı jurnalistə qarşı qarayaxma kampaniyası başladıb, səfirlik reaksiya verib
Gürcüstanda radikal erməni qrupu azərbaycanlı jurnalistə qarşı qarayaxma kampaniyası başladıb, səfirlik reaksiya verib
Gürcüstanda fəaliyyət göstərən radikal erməni qrup ölkənin ictimai kanalının etnik azərbaycanlı əməkdaşına qarşı sosial mediada qarayaxma kampaniyası başladıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, Gürcüstan vətəndaşı olan ermənilərin yaratdığı radikal qrup Gürcüstanın Birinci kanalının departament rəhbəri Ramilə Əliyevaya qarşı uzun müddətdir apardığı qarayaxma kampaniyasını gücləndirib. Qrup Ramilə Əliyevanın məhz azərbaycanlı olmasına görə ermənilərin də çalışdığı departamentə rəhbərlik etməməli olduğunu bildirir və istefa verməsini tələb edir.

Məsələyə reaksiya verən Ramilə Əliyeva "Facebook" hesabında böhtan və qarayaxma kampaniyasına rəğmən istefa verməyəcəyini, Gürcüstanda ermənilərlə azərbaycanlıların dinc yaşayışından narahat olan bu qrupun məqsədinə çatmasına imkan verməyəcəyini və fəaliyyətini davam etdirəcəyini bəyan edib. Ramilə Əliyeva Gürcüstanın etnik azərbaycanlı, müsəlman vətəndaşı olduğunu və hər zaman da belə qalacağını vurğulayıb. O, ölkənin təhlükəsizlik orqanlarını Gürcüstanda etnik terror törədən bu qrupla bağlı tədbir görməyə çağırıb. Gürcüstanın ictimai kanalı Ramilə Əliyevanın bəyanatını öz saytında dərc edib.

Azərbaycanın Gürcüstandakı səfirliyi də məsələyə reaksiya verib.

"Xanım Ramilə Əliyeva! Siz yalnız deyilsiniz. Biz sizinləyik! Biz sizi dəstəkləyirik", səfirliyin bəyanatında bildirilib.

Gürcüstandakı azərbaycanlı icmasının fəalları da Ramilə Əliyevaya dəstək ifadə ediblər.

Qeyd edək ki, Gürcüstan vətəndaşı olan ermənilərin yaratdığı qrup tez-tez Tbilisidə Azərbaycan ərazisində separatizmi dəstəkləyən aksiyalar təşkil edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru