Dövlət Departamenti: "ABŞ Dağlıq Qarabağ məsələsi üzrə danışıqları dəstəkləyir"

9-07-2016, 09:56           
Dövlət Departamenti: "ABŞ Dağlıq Qarabağ məsələsi üzrə danışıqları dəstəkləyir"
ABŞ dövlət katibi Con Kerri Varşavada NATO sammiti çərçivəsində Azərbaycan və Ermənistan liderləri ilə görüşlərdə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.

teref.az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi Vaşinqtonda keçirilən gündəlik brifinqdə deyib.

"Dövlət katibi tərəfləri Vyana və Sankt-Peterburqda keçirilən görüşlərdə əldə olunan öhdəliklərin yerinə yetirilməsinin vacibliyini vurğulayıb. O, bir daha ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli nizamlanması üzrə danışıqlar prosesini dəstəklədiyini bildirib", deyə C.Kirbi qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru