İran prezidentinin Azərbaycana səfəri proqramı açıqlandı

9-07-2016, 12:27           
İran prezidentinin Azərbaycana səfəri proqramı açıqlandı
İran prezidenti Həsən Ruhani avqust ayında Azərbaycana iki günlük səfər edəcək.

Səfərin məqsədi Azərbaycan və Rusiya prezidentləri ilə üçtərəfli görüşdə iştirak etməkdir. Bildirilir ki, görüşdə üçtərəfli sənədin imzalanması gözlənilir.

Həmçinin İran prezidentinin gündəliyinə prezident İlham Əliyev və Vladimir Putinlə ayrı-ayrılıqda görüşlər daxildir: “Səfər çərçivəsində Azərbaycan və İran prezidentləri daha əvvəl imzalanmış razılaşmalara nəzər yetirəcək, ikitərəfli əlaqələrin genişləndirilməsi imkanlarını müzakirə edəcəklər”.

Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da bir neçə gün əvvəl Putinin avqust ayında Bakıya səfərinin hazırlandığını bildirib.

Azərbaycan, İran və Rusiya prezidentlərinin Bakıda görüşünün keçirilməsi bu ölkələrin xarici işlər nazirlərinin aprelin 7-də Bakıdakı üçtərəfli görüşündə qərara alınıb.

APA.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru