Britaniya prokurorları beş nəfərə qarşı Rusiyaya casusluq ittihamı irəli sürüb

22-09-2023, 12:16           
Britaniya prokurorları beş nəfərə qarşı Rusiyaya casusluq ittihamı irəli sürüb
Britaniya prokurorlarının cümə axşamı bildirdiyinə görə, təxminən üç ildir Rusiyaya casusluqda şübhələnilən beş Bolqarıstan vətəndaşına qarşı ittihamların irəli sürülməsinə icazə verib.

Kral Prokurorluq Xidməti (CPS) üç kişi və iki qadının 30 avqust 2020-ci illə 8 fevral 2023-cü il tarixləri arasında "birbaşa və ya dolayı yollarla düşmənə faydalı olan məlumatları toplamaqda" ittiham olunduğunu bildirib.

Casus olduqları iddia edilən şəxslərin London və Norfolkda yaşayan Bolqarıstan vətəndaşları - 45 yaşlı Orlin Russev, 41 yaşlı Bizer Cambazov, 31 yaşlı Katrin İvanova, 31 yaşlı İvan Stoyanov və 29 yaşlı Vanya Qaberova olduğu bildirilib.

Onlar Westminster Magistrates Məhkəməsi qarşısına sentyabrın 26-da çıxmalıdırlar.

Kral Prokurorluq Xidməti Xüsusi Cinayət və Terrorla Mübarizə şöbəsinin rəhbəri Nik Prays "ittihamlar paytaxt polisi tərəfindən aparılan araşdırmalardan sonra irəli sürülüb" deyib.

"Beş şəxsin hər birinə qarşı cinayət işi aktivdir və onların hər birinin ədalətli məhkəmə araşdırması hüququ var" - deyə, Prays bildirib.

Kral Prokurorluq Xidmətinin bildirdiyinə görə, Russev, Djambazov və İvanova artıq fevral ayında şəxsiyyətlərini təsdiq edən sənədlərin pozuntularında ittiham olunub.
amerikaninsesi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.