“Azərbaycan Rusiyanın təsirinə düşdü, ölkədə rus gücləndi” deyənlərə...

22-09-2023, 12:18           
“Azərbaycan Rusiyanın təsirinə düşdü, ölkədə rus gücləndi” deyənlərə...
Məmləkətdə bəlli dar, marginal çevrə var ki, analitik qabiliyyətləri 0-ra yaxın olsa da, ciddi sifət alıb “ağıllı” fikirlər səsləndirirlər. Son günlər də, “Azərbaycan Rusiyanın təsirinə düşdü, ölkədə rus gücləndi”, tezisini yayırlar, maraqlı məsələ odur ki, eyni adamlar hər gün “slava Ukraine” deyib Ukraynanın qələbə çalacağını, Rusiyanın darmadağın olacağını söyləyirlər – yaxşı, adi məntiq var da, İnşallah, Ukrayna qələbə çalacaqsa, Rusiya dağılacaqsa, zəifləyəcəksə bu tezisin nə əhəmiyyəti qalır ki?! Dağılıb zəifləyəcək ölkənin yanında necə olmaq olar?! Deməli, ya Ukrayna məsələsində qeyri-səmimidirlər, qəhrəman Ukrayna xalqının qələbəsinə inanmırlar, ya da məntiqi düşüncələri yoxdur.
Mən fədakar Ukrayna xalqına inanıram, bir daha qeyd edim ki, Ukrayna tək özü üçün deyil də, bütün post-sovet məkanı üçün döyüşür, məhz ona görə də Azərbaycan bu günədən Ukraynaya onmilyonlarla dollarlıq yardımlar göndərib, Krım daxil Ukraynanın ərazi bötövlüyünü dəstəklədiyini hər fürsətdə elan edib-edir...
Natig Cəfərli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.