Qərb yenidən təşəbbüsü əla almağa çalışır

25-09-2023, 11:34           
Qərb yenidən təşəbbüsü əla almağa çalışır
İspaniyanın tarixi Əndəlüs vilayətində yerləşən Qranada şəhərində oktyabrın 5-də Ermənistan və Azərbaycan rəhbərlərinin görüşü olacaq. Bu məqsədlə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Belçikanın paytaxtı Brüsselə işgüzar səfər edəcək. O, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz, Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin müşavirləri ilə görüşəcək. Onun Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə də görüşü nəzərdə tutulub. Bütün bu görüşlər Qranadada keçirilməsi planlaşdırılan liderlərin görüşünə hazırlıq məqsədi daşıyır...
Bu barədə Ermənistan mətbuatı xəbər yayıb...
Gördüyünüz kimi, Qərb yenidən təşəbbüsü əla almağa çalışır. Bu isə Rusiyada ciddi etirazla qarşılanır. Ancaq biz danışqlarda maraqlıyıq. Və mümkün qədər tez Ermənistanla sülh müqaviləsi bağlanmalıdır. Belə şeyləri sonraya saxlamaq olmaz. Dəmiri isti-isti döysək, yaxşıdır...
Elbeyi Hesenli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru