Putinin təbirilə desək, "Vaşinqtonun planı" həyata keçirilir, Moskvanın yox

25-09-2023, 08:06           
Putinin təbirilə desək, "Vaşinqtonun planı" həyata keçirilir, Moskvanın yox
Qarabağın qeyd-şərtsiz Azərbaycanın ərazi bütövlüyünə aid edilməsi qərarı liderlərin Moskva görüşündə yox, 2022-ci il oktyabrın 6-da Praqa və 2023-cü il mayın 14-də Brüsseldə keçirilən toplantılarda imzalanmış sazişlərə əsaslanır. Bunu Putinin özü belə dəfələrlə etiraf edib və Paşinyanı bu təkliflə razılaşdığına görə ağ yuyub, qara sərib. Hətta bu anlaşmaların Avropada imzalansa da, Vaşinqtonda hazırlandığını bildirib. Paşinyan bugünkü xalqa müraciətində Praqa və Brüssel görüşlərinə sadiq qalacağını vurğulasa da, Moskvada bağlanmış 9 noyabr bəyanatının adını belə çəkməyib.
Bu gün ermənilərin böyük hissəsi Qarabağdan çıxarılırsa, deməli, Putinin təbirilə desək, "Vaşinqtonun planı" həyata keçirilir, Moskvanın yox. Ukraynada bataqlığa saplanan Moskva istəsə belə, bundan sonra Cənubi Qafqazda təsirli gücə çevrilə bilməyəcək. Hadisələri şərh edərkən bir az diqqətli və ədalətli olaq.
Heyder Oguz
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru