Bu dünya müharibəsinə yol açacaq - Latviya

26-09-2023, 12:18           
Bu dünya müharibəsinə yol açacaq - Latviya
Ukraynanın Rusiyaya qarşı müharibədə məğlubiyyəti Üçüncü Dünya müharibəsinə səbəb ola bilər.

Axar.az xəbər verir ki, bunu Latviya Prezidenti Edqars Rinkeviç deyib.

“Əgər Rusiya Qərbin birləşmədiyini, Ukraynanı kifayət qədər dəstəkləmədiyini görsə, o zaman biz Rusiya tərəfindən NATO üzvlərinə qarşı növbəti təxribatların olacağından həqiqətən qorxmağa başlamalıyıq. Əgər təcavüzkarın qarşısı alınmasa, təcavüzkar bacardığı qədər irəli gedəcək. Üçüncü Dünya müharibəsinin qarşısını almağın ən yaxşı yolu Ukraynaya var gücümüzlə kömək etməkdir. Biz Ukraynanı istədiyi hər şeylə təmin etməliyik”, - Rinkeviç bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.