Qubad İbadoğluna azadlıq tələbi ilə piket keçirilib

26-09-2023, 18:44           
Qubad İbadoğluna azadlıq tələbi ilə piket keçirilib
Həbsdə olan Qubad İbadoğluna azadlıq tələbi ilə etiraz piketi keçirilib.

Bakupost.az xəbər verir ki, etiraz piketi sentyabrın 26-da Nərimanov Rayon Məhkəməsinin binasının yaxınlığında baş tutub.

ADRP-nin təşkilatçılığı ilə keçirilən piket Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qarşısında planlaşdırılsa da, polis əməkdaşları etirazçılara idarənin binası qarşısında aksiya verməyərək onları ərazidən kənarlaşdırıb.

Piket zamanı "Qubad İbadoğluna azadlıq" şüarı səsləndirilib.

Bildirək ki, Qubad İbadoğlu 2023-cü ilin iyulun 23-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ("Bandotdel") tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyi siyasətçinin ABŞ-da yaşayan türk din xadimi Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.