Ermənilərin kütləvi və mütəşəkkül şəkildə Azərbaycanı tərk etməsinin arxasında Rusiya amili dayanıb

27-09-2023, 00:11           
Ermənilərin kütləvi və mütəşəkkül şəkildə Azərbaycanı tərk etməsinin arxasında Rusiya amili dayanıb
Ermənilərin kütləvi və mütəşəkkül şəkildə Azərbaycanı tərk etməsinin arxasında Rusiya amili dayanıb. Rusiyanın istəyi odur ki, Qarabağ onsuz da əldən çıxıb, heç olmasa Qarabağ ermənilərinin əli ilə İrəvanda Nikol Paşinyanı devirək. Sonrasına da baxarıq...
Sirr deyil ki, Qarabağ erməniləri arasında vəzifədə olanların demək olar ki, hamısı Rusiyanın adamıdır. Onlar da Rusiyanın göstərişi əsasında erməniləri köçməyə təhrik edirlər.
Rusiya özü bilər. Azərbaycan isə çalışmalıdır ki, Qarabağ ermənilərinin kütləvi köçü zamanı xoşagəlməz hadisələr baş verməsin. Azərbaycanı tərk edən ermənilərlə mümkün qədər nəzakətlə davranmaq lazımdır. Qalanlarla da həmçinin. Dövləti maraqları belə tələb edir. Elə etməliyik ki, beynəlxalq səviyyədə qarşılaşacağımız ittihamları alt-üst edə biləcək davranış bütün çılpaqlığı ilə ortada olsun. Elə aradan çıxan ermənilər də görsün ki, azərbaycanlılar erməni təbliğatının iblisə çevirdiyi obraza qətiyyən uyğun gəlmir...
Elbəyi Həsənli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru