“Avropa İttifaqı Azərbaycanla sərt danışmalıdır”

27-09-2023, 08:24           
“Avropa İttifaqı Azərbaycanla sərt danışmalıdır”
Tomas de Vaal yazır ki, Qarabağa hərbi müdaxilə ilə bağlı Avropa İttifaqı və ABŞ İlham Əliyevə dəfələrlə xəbərdarlıq etmişdi. Demişdi ki, bu, bizim üçün qırmızı xətdir. Brüsseldə və Vaşinqtonda çoxları Azərbaycanın güc tətbiq etməsindən şokda düşüb. Onlar bunu verilən vədlərə xəyanət hesab edirlər. Bildirilir ki, Azərbaycan prezidenti İlham Əliyev son dəqiqəyə qədər yüksək səviyyəli həmsöhbətlərini, o cümlədən Avropa Şurasının prezidenti Çarlz Mişel və ABŞ-ın dövlət katibi Antoni Blinkeni hərbi əməliyyata başlamayacağına inandırıb.
Birləşmiş Millətlər Təşkilatında Almaniyanın xarici işlər naziri Annalena Baerbok bunu ən açıq şəkildə dilə gətirdi: “Bakı güc tətbiq etməkdən çəkinməklə bağlı dəfələrlə verdiyi vədləri pozaraq, onsuz da ağır vəziyyətdə olan əhaliyə böyük iztirablar yaşatdı”.
Onun rəyinə görə, Azərbaycanın davranışı Qərb üçün xoşagələn deyil. Söhbət təkcə Qarabağda baş verənlərlə bağlı deyil, bu narazılığın kökü daha dərindir. Müxtəsəri odur ki, Avropa İttifaqı Azərbaycanla sərt danışmalıdır...
Əlbəttə, Avropa İttifaqı da, ABŞ da İlham Əliyevlə bundan sonra daha yumuşa danışacaq. Mən buna əminəm. Bu dünya əzəldən belə olub. Qalibləri mühakimə etmirlər. Necə ki, I Qarabağ Müharibəsində ermənilərə gözün üstündə qaşın var deyən olmadı...
Elbəyi Həsənli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.