Samanta Pauer təxribatçı Qarabağ sualına belə reaksiya verdi

27-09-2023, 10:24           
Samanta Pauer təxribatçı Qarabağ sualına belə reaksiya verdi
Biz Ermənistana köçmüş insanlarla danışırıq, kimin qayıtmaq və ya qohumlarının məzarını ziyarət etmək istədiyini öyrənirik. ABŞ Ermənistan hökumətinə, yerli hakimiyyət orqanlarına Qarabağdan gələnləri səmimi qarşılayan könüllülərə yaxın olacaq. Biz onlarla işləyəcəyik ki, ehtiyacı olan ailələrə lazımi dəstəyi verə bilək”.

Bunu ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer Laçın sərhəd buraxılış məntəqəsinə yaxın Kornidzorda jurnalistlərlə söhbətində bildirib.

Erməni jurnalistin USAİD rəhbərinə təxribatçı sual ünvanlayaraq baş verənləri “etnik təmizləmə” adlandırıb-adlandırmadığına gəldikdə, Samanta Pauer deyib ki, Qarabağda beynəlxalq təşkilatların nümayəndəsinin olmadığından bu barədə konkret bir söz deyə bilməz.

“Bizim diqqətimiz ən həssas qruplara və Qarabağı tərk etmək istədikləri təqdirdə onlara kömək etməkdir”, - Pauer bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.