Vəzifədən getməmişdən öncə "FSB”-dən Araik Arutyunyana zəng edərək nə deyiblər?.. - İLGİNC

27-09-2023, 12:35           
Vəzifədən getməmişdən öncə "FSB”-dən Araik Arutyunyana zəng edərək nə deyiblər?.. - İLGİNC
“Araik Arutyunyana Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX –rus.“FSB”) 5-ci xidməti zəng edib və ona deyiblər: “Bəsdir, sən artıq hakimiyyəti idarə edə bilməzsən, çünki bizim digər casuslara yalan danışırsan...”

TEREF.AZ Moderator.az-a istinadla xəbər verir ki, bunu artıq Azərbaycan sərhədindən naməlum şəraitdə keçərək Ermənistana getmiş keçmiş qondarma “müdafiə naziri”(1994-2000) və “təhlükəsizlik şurası”nın sabiq rəhbəri Samvel Babayan tanınmış erməni jurnalisti Petros Qazaryana müsahibəsində söyləyib.

O guya “FSB”-dən Araikə gələn zəngdə “digər casuslar” deyilənlərin Qarabağdakı separatçı-terrorçu rejimin keçmiş qondarma “prezident”ləri, yəni Xocalı caniləri Robert Köçəryan və Serj Sərkisyan olduğunu bildirib.

“Keçmiş prezidentlər “FSB”-yə bildiriblər ki, Araiık bütün həqiqətləri demir, sizi aldadır. Odur ki, Arayık çıxarılıb və yenisi gətirilib”, - deyə Samvel Babayan əlavə edib.
Keçmiş "prezident"lərin bu məsələdə rolunun nə olduğunu soruşduqda S.Babayan belə cavab verib: “Üçü birləşib və Arayık onlarla birgə qərar verib...”

Xatırladaq ki, sentyabrın 9-da Xankəndindəki qanunsuz "parlament"də sonuncu qondarma "prezident" kimi Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etmiş Samvel Şahramanyan "seçilib" və Araik Arutyunyan vəzifəsindən kənarlaşdırılıb...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru