Məmmədyarovdan Vardanyanın həbsinə REAKSİYA – “Azərbaycan separatçılara qarşı amansız olacaq”

27-09-2023, 15:44           
Məmmədyarovdan Vardanyanın həbsinə REAKSİYA –
Xəbər verdiyimiz kimi sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma rejimin “dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.

Nəzərə alaq ki, erməni milyarder 2022-ci ilin sentyabrında qeyri-qanuni yolla Qarabağa gəlib və separatizmin güclənməsinə öz dəstəyini verib.

Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirdi ki, bu hadisə Azərbaycan dövlətinin qətiyyətinin göstəricisidir:


“Vardanyan separatçıdır. Pozucu qüvvələrin başında dayanırdı. O, Xankəndinə gələndə bəyan etmişdi ki, “Artsax”ın müstəqilliyinə nail olmaq üçün gəlib. Hətta bu məqsədlə xüsusi fond da yaratmışdı. Bir ara separatçıların başında dayandı.

Yəni Vardanyanı həbsə atmaq üçün Azərbaycan dövlətinin əlində kifayət qədər hüquqi əsaslar var. Separatçının saxlanılması bir daha sübut edir ki, Azərbaycan dövləti onun suverenliyinə və ərazi bütövlüyünə dil uzadan hər kəsə qarşı amansız olacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru