ABŞ İran və Çindən olan fiziki və hüquqi şəxslərə qarşı sanksiyaları genişləndirib

28-09-2023, 09:04           
ABŞ İran və Çindən olan fiziki və hüquqi şəxslərə qarşı sanksiyaları genişləndirib
ABŞ Rusiya Federasiyasına yardım etdiyi iddiası ilə İran, Çin və BƏƏ-nin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib.

APA xəbər verir ki, ABŞ-ın Maliyyə Nazirliyi “qara siyahıya” daxil edilmiş fiziki və hüquqi şəxslərin İranın “Shahed” tipli PUA-larının ən mühüm komponenti olan mühərriklərin alınması üçün təchizat və maliyyə əməliyyatları həyata keçirdiyini bildirib.

Nazirlik Rusiyanın həmin “Shahed-136” PUA-larını Ukraynada tətbiq etdiyini bildirib.

Sanksiyalar siyahısına daxil edilməsi həmin şəxs və şirkətlərin ABŞ-dakı aktivlərinin dondurulması və ABŞ vətəndaşları ilə bu sahədə iş aparmasının qadağan edilməsi deməkdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru