Məşhur amerikalı döyüşçü Rusiyada siyasətə qoşulmasının səbəbini açıqladı

28-09-2023, 09:34           
Məşhur amerikalı döyüşçü Rusiyada siyasətə qoşulmasının səbəbini açıqladı
Qarışıq döyüş növləri üzrə döyüşçü Ceff Monson siyasi fəaliyyətlə məşğul olmasının səbəbini açıqlayıb.
Teref.az bu barədə Sport24-ə istinadən xəbər verir.

“Mən siyasətə insanlara kömək etmək və ölkəni inkişaf etdirmək üçün gəlmişəm. İndi mən Başqırdıstanda seçilmişəm və artıq 8 bəndlik platformamı təqdim etmişəm. Üç ildən sonra Dövlət Dumasına daxil olmağı planlaşdırıram. Bu, mənə bütün Rusiyadakı insanlara daha effektiv kömək göstərməyə kömək edəcək”, deyə Monson bildirib.
Monson bundan əvvəl Başqırdıstan Respublikasının parlamentinə daxil olub. MMA döyüşçüsü 2026-cı ildə Dövlət Dumasının deputatlığına namizədliyini irəli sürmək niyyətində olduğunu elan edib.
2018-ci ilin martında Monson Vahid Rusiya Partiyasına üzv olub və həmin ilin sentyabrında Krasnoqorsk şəhər dairəsinin deputatı seçilib.
Xatırladaq ki, əfsanəvi MMA döyüşçüsü 2018-ci ildə Rusiya vətəndaşı olub. O, 1971-ci ildə Amerikanın Sent-Pol şəhərində anadan olub və ilk dəfə 2013-cü ildə Amerika vətəndaşlığını Rusiya vətəndaşlığına dəyişmək istədiyini açıqlayıb. 2023-cü ilin fevralında 52 yaşlı idmançı ABŞ vətəndaşlığından imtina edib.
Monson ABŞ-da “Ultimate Fighting Championship”də (UFC) bir neçə döyüş də daxil olmaqla, müxtəlif liqalarda çıxış edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.