Klintondan Putinə: “Hər şeyin günahkarı sənsən”

28-09-2023, 07:35           
Klintondan Putinə:
ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton NATO-nun genişlənməsi ilə bağlı danışıb və Rusiya prezidentini günahkar çıxarıb.

Tribunainfo.az xarici agentliklərə istinadən xəbər verir ki, Klinton bu barədə Dövlət Departamentində rəsmi portretinin açılışı münasibətilə təşkil olunan tədbirdə danışıb.

Klinton burada 2016-cı il seçkilərində məğlub olduğu Donald Trampa söz atmağı unutmayıb.

O, Trampı ABŞ-ın dostları və müttəfiqləri ilə bütün körpüləri yandırmaqda ittiham edib. Hillari Klintonun fikrincə, ABŞ prezidenti Co Bayden Obama administrasiyasının bir çox prioritetlərini müdafiə edir.

“Ukraynada demokratiyanı müdafiə etmək, NATO-nu genişləndirmək bunların başına gəlir. Yeri gəlmişkən, Vladimir, buna görə sən özün günahkarsan”, – deyə sabiq dövlət katibi bildirib.

Onun bu sözləri iştirakçılar tərəfindən gülüş və alqışlarla qarşılanıb.

“Biz həmişə demişik: “İnsanlar NATO-ya qoşulmağa məcbur edilmir. İnsanlar NATO-ya üzv olmağı seçir və istəyirlər”, – deyə Hillari Klinton əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru