Putin höküməti tənqid edib

28-09-2023, 11:14           
Putin höküməti tənqid edib
Putin paytaxt Moskvada hökumət rəsmiləri ilə görüşündə ölkənin sentyabrın 21-dən qüvvəyə mindiyi benzin və dizel ixracı qadağasını dəyərləndirib.

32gun.az xəbər verir ki, prezident yanacağın qiymətinin artmasına görə hökuməti tənqid edib.

Yanacaq ixracına qadağa qoyulmasına baxmayaraq Rusiyada qiymətlərin artmağa davam etdiyini bildirən Putin, "Tədbirlər alındı, amma pərakəndə qiymətlər artır. Lakin istehlakçının nəticəyə ehtiyacı var. Hadisələrə daha tez reaksiya vermənizi istəyirəm",- deyib.

İxrac qadağasının nəticə verəcəyinə ümid etdiyini vurğulayan prezident “Sizinlə danışdığımız kimi şirkətlərlə daha yaxından işləmək lazımdır ki, məsuliyyətlərini dərk etsinlər. Yanacağın qiymətinin aşağı salınması üçün əlavə tədbirlər görüləcək”,-deyə fikirlərinə əlavə edib.

Digər tərəfdən, iclasda çıxış edən Rusiya Baş nazirinin müavini Aleksandr Novak daxili bazar üçün istehsal edilən, lakin yüksək gəlir gözləntiləri ilə ixrac edilən neft məhsullarına əlavə vergi tətbiq etməyi planlaşdırdıqlarını vurğulayıb. O, neft emalı zavodlarına verilən subsidiyaları da nəzərdən keçirdiklərini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru