ABŞ və Avropa dövlətlərinin Azərbaycanla əməkdaşlığa ehtiyacları var

28-09-2023, 00:14           
ABŞ və Avropa dövlətlərinin Azərbaycanla əməkdaşlığa ehtiyacları var
Qərbdəki siyasətçilərin bir qismi Qarabağla bağlı açıqlama verməyi sanki özünə “borc” bilir. Qarabağdan köç Ukraynada müharibə ilə yanaşı Qərbdə trend mövzuya çevrilib. Ona görə də Qərbdə bir qrup siyasətçi məsələyə münasibət bildirmək yarışına girişib, açıqlamalarında Azərbaycanı hədələməyi də unutmurlar. Müvəqqəti haldır. Qarabağa missiya göndərmək haqqında da açıqlamalar verməyə başlayıblar. Prezident İlham Əliyev ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığında ölkəmizdə akkreditə olunmuş BMT-nin Rezident Əlaqələndirici Ofisinin Qarabağa səfərinə etiraz etməyib, Bu o deməkdir ki, dövlət başçısı hansısa xüsusi missiyanın Qarabağa səfərinin əleyhinədir. Ermənilər Azərbaycan qanunları ilə yaşamaq istəməyərək bölgəni tərk edirlər, bunu müşahidə etmək üçün missiyaya nə ehtiyac var? Bunlar da geridə qalacaq, Qarabağda separatizmin kökünü kəsdiksə, Qərbdəki dairələrin haqsız iddiallarıyla da mübarizədə uğur qazanacağıq. Zaman keçdikcə Qərb Qarabağı unudacaq, biz isə bölgədə tərəfdaşlarımızla quruculuq çalışmalarını sürətləndirəcəyik. ABŞ və Avropa dövlətlərinin Azərbaycanla əməkdaşlığa ehtiyacları var.
Elxan Şahinoğlu
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru