Ruben Vardanyan hansı ağılla və məntiqlə Laçın sərhəd keçid məntəqəsindən Ermənistana rahat keçəcəyini zənn edib?

28-09-2023, 08:38           
Ruben Vardanyan hansı ağılla və məntiqlə Laçın sərhəd keçid məntəqəsindən Ermənistana rahat keçəcəyini zənn edib?
Görəsən Ruben Vardanyan hansı ağılla və məntiqlə Laçın sərhəd keçid məntəqəsindən Ermənistana rahat keçəcəyini zənn edib? O bilməmiş deyildi ki, onu yaxalamaq üçün sərhədçilərimizə bilgisayara baxmağa ehtiyac olmayıb, əleyhimizə o qədər açıqlama verib ki, hamı onu üzdən tanıyır.
Ruben Vardanyan bəlkə də Rusiya hərbi kontingentinin helikopteri ilə Ermənistana keçmək istəyib. Ancaq bu hansısa səbəbdən alınmayıb. Ruben Vardanyan bundan sonra həbs olunacağını anlayıb.
Yəqin düşünüb ki, onun həbsi populyarlığını artıracaq və beynəlxalq təşkilatlar bu səbəbdən Azərbaycana təzyiq edəcəklər. Əlbəttə bəzi dairələr Ruben Vardanyana görə Azərbaycan hakimiyyətinə ağız açacaqlar. Ancaq bu adam separatizmə dəstək verib, ərazi bütövlüyümüzə qarşı çağırışlar edib. Məhkəməsi olmalı və cəzasını almalıdır. Bizim Ermənistanda girov saxlanılan iki hərbçimiz var, onları geri qaytarmağa çalışmalıyıq. Hərbçilərimizi geri qaytarmadan Qarabağın silahlı separatçılarından bir kimsəni əfv etmək doğru olmaz.
Elxan Şahinoğlu
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.