İran ABŞ-nin Ukraynada sülhə əsas maneə olduğunu bildirib

28-09-2023, 09:31           
İran ABŞ-nin Ukraynada sülhə əsas maneə olduğunu bildirib
Ukraynada sülhün bərqərar olmasına əsas maneə ABŞ-dir.

Lent.az xəbər verir ki, bunu Fars xəbər agentliyinə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf deyib.

“Hazırda ABŞ Ukraynada hərbi əməliyyatların dayandırılmasına faktiki olaraq qarşı çıxan və atəşkəs və sülhə nail olmaq üçün bütün formullara veto qoyan əsas ölkədir”, - deyə siyasətçi bildirib.

Qalibaf həmçinin əmin olduğunu bildirib ki, münaqişənin əsas səbəbi NATO və ABŞ-ın öz təsirlərini genişləndirmək istəyi olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.