Azərbaycanın xarici işlər naziri ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi ilə görüşüb

29-09-2023, 11:24           
Azərbaycanın xarici işlər naziri ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi ilə görüşüb
Sentyabrın 28-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifələrini icra edən Yuri Kimi qəbul edib.

Görüş zamanı bölgədə cari vəziyyət, eləcə də humanitar yardım məsələləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov tərksilah prosesi, erməni sakinlərin ehtiyaclarının qarşılanması istiqamətində Azərbaycanın həyata keçirdiyi tədbirlər, erməni sakinlərin reinteqrasiyası üzrə aparılan danışıqlar barədə qarşı tərəfə məlumat verilib.

Xarici işlər naziri BMT-nin Azərbaycandakı Rezident Əlaqələləndiricisinin rəhbərliyi altında BMT orqanlarının Qarabağ bölgəsinə səfərinin təşkil edilməsinə hazır olduğunu diqqətə çatdırıb.

Nazir Ceyhun Bayramov Azərbaycanın qarşılıqlı şəkildə ərazi bütövlüyü və suverenliyə hörmət əsasında Ermənistanla sülh prosesində maraqlı olduğu vurğulanıb.

Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.