KİV: Kanadanın Baş naziri parlamentdə hamilə qadının arxasında gizlənir

29-09-2023, 11:28           
KİV: Kanadanın Baş naziri parlamentdə hamilə qadının arxasında gizlənir
Jurnalist Devid Kreyden “Redacted” yutub kanalına müsahibəsində deyib ki, Kanadanın Baş naziri Castin Trüdo parlamentdə hamilə qadının arxasında gizlənərək SS-ci qalmaqalı ilə bağlı tənqidlərdən yayınır.

“Report”un xəbərinə görə, Kreyden qeyd edib ki, son iki gündə Trüdo qəsdən baş nazirin müxalifətin suallarını cavablandırmaqda mərkəzi rol oynamalı və hökuməti təmsil etməli olduğu illik “Question Period” toplantısında iştirakdan yayınıb.

O, bunun əvəzində görüşlərdə İcmalar Palatasında Kanada hökumətinin rəhbəri vəzifəsini icra edən hamilə qadın Karina Quld görünüb. Kreyden hesab edir ki, bu - başqasının arxasında gizlənmək Trüdonun davranışı üçün xarakterikdir.

Trüdo belə bir qərar verib ki, Quld müxalifət tərəfdən bütün təhqirləri öz üzərinə götürsün.

Qalmaqal sentyabrın 22-də ruslara qarşı mübarizənin veteranı kimi təqdim edilən 98 yaşlı Yaroslav Hunkanın Kanada parlamentinə dəvət olunmasından sonra başlayıb. Lakin məlum olub ki, o, yəhudilərə, polyaklara, belaruslara və slovaklara qarşı vəhşiliklər törədən SS qoşunlarının Qalisiya diviziyasının keçmiş döyüşçüsü olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.