Ermənistanın müdafiə naziri Rusiyadakı iclasa getmədi

29-09-2023, 15:05           
Ermənistanın müdafiə naziri Rusiyadakı iclasa getmədi
Ermənistanın müdafiə naziri Suren Papikyan MDB ölkələrinin Müdafiə Nazirləri Şurasının Tula şəhərində keçirilən iclasına qatılmaq üçün Rusiyaya səfər etməyib.

“Qafqazinfo” “News.am”a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Aram Torosyan açıqlayıb.

Qeyd olunur ki, Rusiya Müdafilə Nazirliyi daha əvvəl Ermənistan Müdafiə Nazirliyinin nümayəndə heyətinin bu gün Tulada keçirilən sözügedən iclasda iştirak edəcəyi barədə məlumat yayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru