Ukraynanın ərazi bütövlüyünü məhz Qərb pozdu - Lavrov

30-09-2023, 10:47           
Ukraynanın ərazi bütövlüyünü məhz Qərb pozdu - Lavrov
Rusiya XİN başçısının fikrincə, məhz Qərb ölkələri Minsk sazişlərini yerinə yetirmək niyyətində olmadıqlarını etiraf edərkən Ukraynanın ərazi bütövlüyünü məhv ediblər.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, məhz Qərb ölkələri Minsk sazişlərini yerinə yetirmək niyyətində olmadıqlarını etiraf edərkən Ukraynanın ərazi bütövlüyünü məhv ediblər.
"TASS" agentliyi bu barədə xəbər verib.
Agentliyin müxbirləri ilə söhbət zamanı nazir qeyd edib ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putinin Minsk razılaşmalarının həmmüəllifləri Rusiya liderini çaşdırdıqlarını açıq şəkildə etiraf ediblər. Lavrov vurğulayıb ki, Ukraynanın ərazi bütövlüyünü pozan məhz onların yalanları olub.
Eyni zamanda o xatırladıb ki, ötən il Almaniyanın keçmiş kansleri Angela Merkel, Fransanın keçmiş Prezidenti Fransua Olland və Ukraynanın keçmiş lideri Pyotr Poroşenko bəyan ediblər ki, bu razılaşmalar Kiyev rejiminin arsenalını artırmaq üçün vaxt qazanmaqdan ötrü lazım olub.
"Əgər onlar Minsk razılaşmalarına əməl etsəydilər, Ukraynanın ərazi bütövlüyü təmin edilmiş olardı", - deyə XİN rəhbəri əmin edib.
Bundan əvvəl Lavrov, onu da qeyd edib ki, Moskva "yerdəki reallıqları" və Rusiyanın təhlükəsizliyinin maraqlarını nəzərə alaraq, Ukrayna ilə bağlı danışıqlara hazırdır.
Sputnik












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.