İsrailin müdafiə sirlərini Putinə Tramp ötürüb- Qardaşı qızından İTTİHAM

11-10-2023, 17:44           
İsrailin müdafiə sirlərini Putinə Tramp ötürüb- Qardaşı qızından İTTİHAM
ABŞ-ın 45-ci prezidenti Donald Trampın qardaşı qızı Meri Liya Tramp qohumunun İsrailin milli təhlükəsizlik sirlərini Rusiya prezidenti Vladimir Putinə çatdıra biləcəyini irəli sürüb.

Lent.az xarici mediaya istinadla bildirir ki, o, bu barədə X sosial şəbəkəsində (Twitter) məlumat verib.

"Bu lənətə gəlmiş manyak, yəqin ki, İsrailin milli təhlükəsizlik sirlərini Putinə (İrana, HƏMAS-a ötürüb... Həmçinin o, bizim nüvə sualtı qayıqlarımız haqqında çox məxfi məlumatları avstraliyalı karton oğlana ötürüb. Niyə hələ də belədir, sərbəst hərəkət etməyinə icazə verilir?" , - Meri Liya yazır.

Bundan əlavə, o, Donald əmisinin Ağ Evdə və ya həbsxanadan başqa heç bir yerdə qalmağa uyğun olmadığını əlavə edib.

Qeyd edək ki, Meri Liya Tramp psixoloq, yazıçı, iş qadını və ABŞ Demokratlar Partiyasının üzvüdür.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.