ABŞ rəsmisi təsdiqlədi - "Hücumla bağlı İsrailə 3 gün əvvəldən xəbər verilmişdi"

12-10-2023, 13:29           
ABŞ rəsmisi təsdiqlədi -
ABŞ rəsmisi Misir kəşfiyyatının HƏMAS-ın hücumu ilə bağlı İsraili əvvəlcədən xəbərdar etdiyinə dair iddiaları təsdiqləyib.

"AzPolitika.info" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlama verən ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Maykl Makkol, "Misirin üç gün əvvəl israilliləri xəbərdar etdiyini bilirik" ifadəsini işlədib.

Makkol məxfilik səbəbi ilə ətraflı məlumat verə bilməyəcəyini deyib.

Qeyd edək ki, sözügedən iddia ilk dəfə adı açıqlanmayan Misir rəsmiləri tərəfindən irəli sürülüb. İsrail mətbuatına danışan misirli bir kəşfiyyat rəsmisi, İsrailə bu hücumla bağlı əvvəlcədən məlumat verdiklərini, lakin onların bu xəbərdarlığına əhəmiyyətsiz yanaşıldığını və Baş nazir Benyamin Netanyahuya çatdırlmadığını iddia etmişdi.

Xatırladaq ki, HƏMAS-ın rəhbərlik etdiyi Fələstin qrupları şənbə günü səhər saatlarında İsrailə qarşı genişmiqyaslı hücum başladıb. Son məlumatlara görə, bu hücumda 1200-dən artıq İsrail vətəndaşı həlak olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.