İsrail Qəzzadakı blokadanın aradan qaldırılması üçün şərtləri açıqladı: "Bizə əxlaq öyrətməyin"

12-10-2023, 13:16           
İsrail Qəzzadakı blokadanın aradan qaldırılması üçün şərtləri açıqladı:
İsrailin energetika naziri İsrael Katz oğurlanmış israillilər azad edilənə qədər Qəzza zolağının enerji və humanitar blokadada qalacağını bildirib.

Qaynarinfo xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Nazirin sözlərinə görə, HƏMAS hərəkatının radikalları bütün israilli girovları azad etməyənə qədər İsrail su və elektrik enerjisinin tədarükünü bərpa etməyəcək.

"Qaçırılan israillilər evlərinə qayıtmayana qədər bir elektrik açarı da basılmayacaq, bir dənə də olsun su kranı açılmayacaq, bir dənə də yanacaq çəni gəlməyəcək. Heç kim bizə əxlaqı öyrətməsin", deyə Katz bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru