"Əliyev əmr versə, dünyada heç bir insanın ona və Azərbaycana daş atmağa əli qalxmaz"

14-07-2016, 14:16           
"Əliyev əmr versə, dünyada heç bir insanın ona və Azərbaycana daş atmağa əli qalxmaz"
Rusiyalı politoloq Aleksandr Fomenkov Dağlıq Qarabağ münaqişəsilə bağlı maraqlı açıqlama verib.

Axar.az xəbər verir ki, politoloq bununla bağlı özünün Feysbuk səhifəsində Azərbaycan Prezidenti İlham Əliyevin ötənilki çıxışını paylaşaraq status yazıb:

“Aktual və inandırıcıdır. Mən bunu 20 il ərzində Azərbaycan mövzusu ilə məşğul olan adam kimi deyirəm. Bura ancaq birini əlavə edirəm: Əgər Azərbaycan Prezidenti - Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı dövlət sərhədinin güc yolu ilə bərpası haqqında əmr versə, dünyada heç bir insanın (təbii ki, ermənilərdən başqa) ona və Azərbaycana daş atmağa əli qalxmaz.

Vəssəlam!”

Mətnin sonunda qeyd olunan “vəssəlam” sözünü Fomenkov azərbaycanca yazıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev YUNESKO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumundakı çıxışında Qarabağın tarixi Azərbaycan torpağı olduğunu qeyd etmişdi:

“Dağlıq Qarabağ Azərbaycanın tarixi torpaqlarıdır. “Qarabağ” sözünün mənşəyi Azərbaycana məxsusdur. “Qara Bağ” – bu söz erməni dilində heç nəyi əks etdirmir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru